Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevə məsləhətləşmələrə başlamağı təklif edərkən, onun sosial şəbəkədəki bir başqa cümləsi də diqqət çəkicidir. Cümlənin birinci hissəsi “sülh sazişini imzalamağa hazıram”, ikinci hissəsi “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsindən ibarətdir.
Axar. az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan bu sözləri deməklə sübut edir ki, Ermənistan atəşkəsi pozub:
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın atəşkəsi pozduğu məlumatlarını təkzib etməyə çalışsa da, Paşinyanın “tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” cümləsi atəşkəsin Ermənistan tərəfdən pozulduğunu açıq etirafıdır. Paşinyan illər öncəki açıqlamasında “Ermənistan ordusunda beşinci kolon mövcuddur” demişdi. Görünür, Paşinyan atəşkəsi pozan həmin beşinci kolonu ordusundan təmizləyə bilmir ki, “atəşkəsi pozmayın” müraciəti ilə çıxış etməli olur”.
DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsdə rəhbərlik edən şəxsin oğlu da həbs edildi
- Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?
- Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı
- Ərdoğan Əliyevi təbrik etdi
- Silah alınır, istehkamlar tikilir, ordu güclənir - Papikyan
- “Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
- İrəvana gedən azərbaycanlı ekspertlər kimdir?
- Paşinyan sülh sazişinə Bakıda imza atacaq - Sensasion iddia
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsdə rəhbərlik edən şəxsin oğlu da həbs edildi