Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər.
"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi