"Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb.
BUTA.TV xəbər verir ki, aparıcı "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".
Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.
Məsələ ilə bağlı Audiovizual Şuradan BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, aparıcının çıxışı ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və ictimaiyyətə açıqlama veriləcək.
"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - deyə məlumatda bildirilib.
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür