Ermənistanın İrəvandan sonra 2-ci böyük şəhəri olan Gümrüdə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın partiyası 36,80% səs toplayaraq 1-ci yer tutub. Maraqlıdır ki, seçkilərdə 2-ci yerə 20,71% səslə Ermənistan Kommunist Partiyası çıxıb.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 30 martda gümrüdə keçirilən yerli seçkilər haqda qeyd edib.
“Paşinyanın partiyası 1-ci yerə çıxsa da, təkbaşına mer seçə bilmir, yəqin ki, danışıqlar yolu ilə müəyyən koalisiya qurulacaq, amma seçicilərin hər şeyə rəğmən Paşinyana səs verməsi maraqlı məsələdir. Paşinyan ən azından sözdə “sülh” deyir, bu yolda müəyyən addımlar da atır; müharibə və qisas deyənlərə xalq səs vermir. Belə çıxır ki, Ermənistan cəmiyyəti yavaş addımlarla da olsa, tarixi yanlışlardan, özləri üçün yaratdığı zərərli nağıllardan geri dönməyə, ayılmağa başlayır. Coğrafiyamızda qalıcı sülh üçün Ermənistan cəmiyyətində miflərin dağılması mütləqdir”, - o bildirib.
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə