"Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib.
BUTA.TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur tikinti maqnatından şikayət edən iş adamı, "Proqress 2016" MTK-nın rəhbəri Emil Səməndərovdur. E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur.
Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlədə aşağıdakı kimi deyilib: "Mən sizə deyim ki, "Proqress" MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir".
Vəkil hesab edir ki, İsfəndiyar Axundov bu hərəkəti ilə barəsində qanuni qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək.
Qeyd edək ki, təhqir və böhtan maddələrinin sanksiyasında üç ilə kimi azadlıqdan məhrumetmə, şərti cəzalandırılma, cərimə və islah işləri cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Şərurlu İsfəndiyar son günlər verdiyi müsahibələrindən birində dediyi sözlərlə gündəmə düşüb. Belə ki, tikinti maqnatı "Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir" kimi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Fotoda Emil Səməndərov
- Əkin sahəsindən qadın meyiti tapıldı
- Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
- “Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video