İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhraman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.
- Aylardır maaş üzünə həsrət qalıblar - Video
- Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
- 6 ay əvvəl də qəzaya düşmüşdü - Bu dəfə həyatını itirdi...
- Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış
- Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
- Deputatlar Malayziyaya səfər edəcəklər
- Hansı qrupların ballarında artım ola bilər? - VİDEO
- Pensiya alanlara şad xəbər