İran üçün zəng çalınır. Suriyada mövcud quruluşun dəyişməsi və Qərbin Suriyada müəyyən qədər məqsədlərinə çatması, İranın xarici qol və uzantılarının Yəmən, Livan və Suriyada təsirsiz hala salınmasından sonra növbənin İranda olduğu düşünülə bilər. Hücumların yaxın zamanda ola biləcəyini düşünürəm. Çünki nüvə müzakirələrində nəticə əldə etmək mümkün görünmür. Buna görə də zərbə vurub, istədiklərini əldə etmək istəyəcəklər.
Bu sözləri BUTA.TV-a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
Onun sözlərinə görə, İrana hücüm Yaxın Şərqin digər ölkələri ilə müqayisədə daha ağrılı ola bilər:
“Təbii ki, İran nə İraq, nə də Suriyadır. İranın çox fərqli sosial quruluşu olduğu aydındır. Buna görə də orada hərbi əməliyyatlara daha çox qüvvə cəmləşə, ballistik raketlər, PUA-lar və dronlar vasitəsilə həyata keçirilə bilər”.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Ekspert vurğulayıb ki, İrana hava hücumları həmçinin nüvə obyektlərinin yerləşdiyi ərazilərdə terror fəaliyyəti ilə parallel aparıla bilər:
“Həmçinin nüvə fəaliyyətlərini həyata keçirə bilən rəhbərliyə qarşı əməliyyatlar mümkündür. Lakin İranın nüvə imkanlarının təsirini minimuma endirmək məqsədilə edilən hər hansı bir addım qarşılıqsız qalmayacaq. Xatırladım ki, İranın son hücuma cavab olaraq atdığı raketlər İsrailə çatmışdı. Buna görə də İrana mümkün hücumda yalnız nüvə obyektləri deyil, raket sistemləri və PUA-lar da hədəf alınacaq”.
Karauz bildirib ki, ABŞ-ın bu işi təkbaşına görməsi mümkün deyil:
“ABŞ və İsrail birgə fəaliyyət göstərərək, İngiltərənin də dəstək verəcəyi ehtimalı var. Lakin İranı qısa müddətdə diz çökdürmək və ya öz mətbuatında verdikləri hibrid müharibə və psixoloji əməliyyat mesajlarında olduğu kimi, qısa zamanda məhv etmək çox çətin görünür”.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək