İranla sərhəddə, Arazın sahilində yol salınır - Foto

13:06 - 7 Aprel 2025 - GÜNDƏM

 İranla sərhəddə, Arazın sahilində yol salınır - Foto

Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır.

BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, son iki ildə Zəngəzur avtomobil yolunun tikintisinin müzakirəsi ilə bağlı İran hökuməti, nəhayət, Azərbaycanla müqaviləyə əsasən, Bakı-Ağbənd-Kəlalə-Culfa avtomobil yolunun tezliklə tikilməsinə dair razılığa gəlib.

Bildirilib ki, Azərbaycan xeyli maliyyə vəsaiti ayırmaqla öz ərazisində bu layihənin 60 faizdən çoxunu İranın Kəlalə keçidinə qədər tamamlayıb, hətta körpü və terminalın tikintisini də uğurla bitirib:

"Sözügedən terminal İranın Kəlalə və Azərbaycanın Ağbənd qəsəbələri arasında 19 hektar ərazidə tikiləcək. Azərbaycan terminalın tikintisindən əlavə hətta bu mühüm yol tikintisi layihəsinin əhəmiyyətli hissəsinin asfaltlanmasına da başlayıb.

Amma İranın Kəlalədən Naxçıvan sərhədinə qədərki hissəsi 107 kilometrə yaxındır. Tikilməkdə olan bu yolun iki ayrı zolaqda eni təxminən 14 metrdir. Yolun çəkilişini keçən ilin noyabr ayından etibarən "Xatəmül-Ənbiya" qərargahının "Aşura" şirkəti həyata keçirir.

Dərc olunan sənədlərə əsasən, İran və Azərbaycan arasında bu bölgədə dəmir yolu xətti olmadığı üçün Şərqi Azərbaycan əyalətində Arazın cənub sahillərində 53 kilometrlik dəmir yolu xəttinin tikilməsi qərara alınıb".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol