Ukrayna ilə əlaqədar Prezident haqlı olaraq söylədi ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ya Ukrayna kapitulyasiya aktına imza atıb Rusiyanın şərtlərini qəbul etməli, ya da Rusiyanı öz ərazisindən güc tətbiq etməklə çıxarmalıdır. Buna nümunə kimi Prezident Xorvatiyanı və ölkəmizi misal çəkdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavabında deyib.
“Ukraynanın bunu etməsi isə çox çətindir. Çünki Rusiya nüvə dövlətidir və Ukrayna ilə müqayisədə çox güclüdür. Rusiyanı yalnız ABŞ NATO-ya üzv olan digər dövlətlərlə birlikdə müharibəyə girməklə dayandıra bilər. Bu isə qeyri-realdır. Ona görə müharibə hələ bir müddət davam edəcək”, - o bildirib.
Millət vəkilinin fikrincə, Tramp açıq formada olmasa da, Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək:
“Bunu elə formada edəcək ki, ona impiçment elan olunmasın. Ən azı bunu ona görə edəcək ki, Putin onun sağ qalması üçün dua edib. ABŞ-da Tramp və Baydendən fərqli, Rusiyadan qorxmayan, hərdəmxəyal və impulsiv olmayan, müstəqil, gücə və pula təzim etməyən, güclü siyasi iradəyə malik, təmkinli və müdrik bir şəxs prezident seçilsə, nəsə dəyişə bilər”.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər