Britaniyanın özəl şirkətinin təyyarəsi Ermənistan və Azərbaycanın hava limanlarında növbə ilə texniki uçuşlar həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“Flightradar24” uçuş izləmə xidmətinin məlumatına əsasən, martın sonunda İrəvan və Qarakilsə səmasında dövrə vuran “Beech King Air 350i” təyyarəsi görünüb. Sonralar təyyarə Tiflisə, oradan Gəncəyə və cənuba – Qarabağ ərazisinə doğru uçub və orada da uzun müddət havada dövrə vurub. Təyyarə Böyük Britaniyanın Bornmut şəhərində yerləşən “Flight Precision” özəl şirkətinə məxsusdur. Şirkət bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB, Yaxın Şərq və Uzaq Şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları bildirilir”, - məlumatda qeyd edilib.
Ermənistanın Mülki Aviasiya Komitəsindən nəşrə bildirilib ki, “Armaeronavigatsiya” QSC-nin sifarişi ilə İngiltərənin “Flight Precision Ltd” şirkəti mart ayında Qarakilsə hava limanında bu yaxınlarda quraşdırılmış VOR/DME radionaviqasiya sistemini yoxlamaq üçün “Beechcraft Corporation” şirkətinin B300 təyyarəsində sınaq uçuşları həyata keçirib.
“Öz tərəfimizdən qeyd edirik ki, hazırda Qarakilsə hava limanı hərbi aerodrom kimi fəaliyyət göstərir. Baxmayaraq ki, onun mülki uçuşlar üçün də yenidən işə salınması planlaşdırılır.
Onu da bildirək ki, Qarabağda olan təyyarə Azərbaycanın yeni inşa etdiyi Laçın hava limanı ərazisində texniki uçuşlar həyata keçirirmiş. Qeyri-rəsmi məlumata görə, oraya enən/uçan ilk təyyarə olub. Aprelin əvvəlində Azərbaycana uçan təyyarə Tiflis vasitəsilə Ermənistana qayıdıb. O, Qarakilsə və Qafan hava limanları ərazisində uçub, sonra Avropaya doğru istiqamət alıb”, - nəşr vurğulayıb.
- “Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
- Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...
- Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?
- Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür