Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında ölkəmizdə hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.
Fərhad Abdullayev çıxışında Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.
Rafael Qvaladze dövlət başçısı İlham Əliyevə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə minnətdarlığını bildirib.
Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.
Fərhad Abdullayev qeyd edib ki, Xanlar Vəliyev hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə həyata keçirdiyi fəaliyyəti ilə daim yüksək peşəkarlıq göstərib. Həmçinin Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dəyərli töhfələr verəcəyinə əminliyi ifadə edib.
Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?