Rəşad Dağlıya görə bu telekanala xəbərdarlıq edildi

05:47 - 25 Aprel 2025 - CƏMİYYƏT

 Rəşad Dağlıya görə bu telekanala xəbərdarlıq edildi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Speys TV-nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib. Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb.

Buta.tv xəbər verir ki, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Modern.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı Şuranın aidiyyəti struktur bölmələri tərəfindən araşdırma aparıldığını bildirib. O vurğulayıb ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib:

"Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək".

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol