Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfatından 7 il keçməsinə baxmayaraq, onun mirası ilə bağlı vərəsəlik məsələsində problemlər yaşanır.
Gununsesi.info-nun məlumatına görə, mərhum nazirin həyat yoldaşı bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Məlumata görə, vərəsəliklə bağlı prosedurlar hələ də başa çatmayıb və Camalovlar ailəsi qanunvericiliyə əsasən vərəsəlik haqqında şəhadətnamə ala bilmir.
Əsas problem, qanunvericiliyə əsasən birinci dərəcəli vərəsələr sayılan həyat yoldaşı, övladlar və valideynlərin dəqiq şəkildə müəyyənləşdirilməsində yaranıb.
Valideynlərin kimliyi Yavər Camalovun doğum haqqında şəhadətnaməsində öz əksini tapır.
Lakin ailəsi bu sənədi əldə etmək məqsədilə müxtəlif dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən “doğum faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edilib.
Məhkəməyə təqdim olunan ərizədə göstərilib ki, mərhumun doğum faktının müəyyən olunması onun mirası üzrə vərəsəliyin rəsmiləşdirilməsi üçün zəruridir. Əks halda, notariat orqanına təqdim olunmalı sənədlər tam olmadığından nə həyat yoldaşı, nə də övladları vərəsəlik haqqında şəhadətnamə ala bilirlər. Məhkəmə ərizəçinin müraciətini təmin edib.
Onu da qeyd edək ki, məhkəmə prosesində mərhumun ögey bacı və qardaşları da ifadə veriblər.
Xatırladaq ki, Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda anadan olub. O, 2006–2018-ci illər ərzində Müdafiə Sənayesi naziri vəzifəsində çalışıb. 2018-ci il iyunun 23-də, müalicə olunduğu İsrail xəstəxanasında vəfat edib.
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı
- Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq
- 3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı