Yayda əksər insanlar "soyuq" yeməklərə üstünlük verir, lakin bu yanaşma xüsusilə qastrit, pankreatit, xolesistit və mədə-bağırsaq traktının digər xroniki xəstəlikləri olan xəstələrdə sağlamlıq problemlərinə səbəb ola bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Yevgeniya Melnikova istidə orqanizmin sevmədiyi qidaları açıqlayıb. “İlk növbədə, dondurma. Bu yüksək kalorili desertdə çoxlu yağ və şəkər var və nəinki həzm sistemini həddən artıq yükləyir, həm də yuxarı tənəffüs yollarının selikli qişasını soyudaraq damarların spazmına və tənəffüs xəstəliklərinin yaranmasına səbəb olur.
Limonad, kvas və ya süd kokteylləri özünüzü istidən xilas etmək üçün yaxşı seçim deyil. Məsələ burasındadır ki, bu içkilərin tərkibində çoxlu şəkər var və nəinki susuzluğu artırıb istiliyi saxlaya bilir, həm də normal tərləmənin qarşısını alır. Əlbəttə ki, istidə bədənə əlavə maye lazımdır, lakin təmiz su, çay, kompotlar və ya meyvə içkiləri seçilməlidir.
Yay ənənəvi olaraq piknik və səyahət mövsümüdür. İstidə tez xarab olan məhsulların - kəsmik, xama, süd, kolbasa, mayonezli salatlar, yumurta və qaymaqlı tortların istifadəsini istisna etmək tövsiyə olunur. Yüksək temperaturda patogen bakteriyalar məhsullarda çoxalda bilər, nəticədə ishal, ürəkbulanma və digər xoşagəlməz nəticələrə səbəb ola bilər.
Yolda mənfi təsirlərin qarşısını almaq üçün sadə qidalanma qaydalarına əməl edin: quru qəlyanaltılar (peçenye, kraker); şüşədə su; şəxsi gigiyena (yeməkdən əvvəl əllərinizi yuyun); məhsulların saxlanma şərtlərinə və qaydalarına əməl edin”, - Melnikova vurğulayıb.
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı
- Azərbaycanda 67 yaşlı general özünə toy etdi
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı