Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm

00:21 - 13 Sentyabr 2026 - GÜNDƏM

 Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Qasım-Jomart Tokayevi güclü və qətiyyətli lider adlandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ liderinin Qazaxıstanın qarşıdan gələn müstəqilliyinin 35-ci ildönümü münasibətilə Tokayevə ünvanladığı təbrik məktubunda bildirilib.

"Ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm və prezidentlik müddətim ərzində sizinlə mənim aramda qurulmuş əla münasibətləri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm.

Qazaxıstan xalqı sizin kimi güclü və qətiyyətli bir liderə sahib olduğu üçün şanslıdır", - deyə Tramp təbrik məktubunda qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol