Bu türk ölkəsi də KTMT-yə qoşulur? – Qurumdan açıqlama

11:48 - 13 Sentyabr 2026 - GÜNDƏM

 Bu türk ölkəsi də KTMT-yə qoşulur? – Qurumdan açıqlama

KTMT qoşulmama hərəkatına mənsub ölkələrlə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir və bu istiqamətdə hazırda əsas diqqət Özbəkistana yönəldilib.

BUTA.TV xəbər verir ki, bu sözləri KTMT-nin Baş katibi Taalatbek Masadıkov deyib.

"Regional kontekstdə KTMT qarşılıqlı etimada və regiondakı bütün ölkələrin maraqlarına hörmətə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının qurulmasına yönəlmiş geniş siyasi dialoq ideyasını təşviq edir. Biz həm Özbəkistanla, həm də regiondakı digər bir çox ölkə və təşkilatlarla aparılan bu işdə böyük potensial görürük. Təbii ki, birgə səylərin həyata keçirilməsi üçün tərəfdaşlıq və müşahidəçi statusunu tənzimləyən hüquqi bazadan istifadə oluna bilər", – Masadıkov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol