Ukraynanın Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birgə Qara dənizdə uğurlu əməliyyat keçirib. Əməliyyat zamanı Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus dəniz pilotsuz katerini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyaya məxsus hədəfi Ukrayna Baş Kəşfiyyat İdarəsinin bölmələri aşkarlayıb. Bundan sonra Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus, 12,7 mm-lik pulemyotla təchiz edilmiş “RWS Protector” avtomatik döyüş qülləsi ilə silahlandırılan “Sargan 3000” dəniz pilotsuz kateri atəş açaraq düşmən katerini məhv edib.
“Bu, tarixdə pilotsuz dəniz katerləri arasında ilk dəniz döyüşüdür”, - məlumatda qeyd olunub.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Həmin kadrları təqdim edirik:
- Putin və Tokayev görüşdü
- Bu ölkə İranla görüşlərdən imtina etdi
- Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm
- Rusiya kateri Qara dənizdə belə vuruldu - Video
- İsrail Livana zərbələr endirdi - Video
- Rusiya 410 dronla hücum etdi
- Tokayev Trampa Qazaxıstana səfər dəvətini təsdiqlədi
- Ukrayna sülh danışıqlarının başlayacağı tarixi açıqladı