Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?

01:39 - 13 Sentyabr 2026 - GÜNDƏM

 Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?

Bolqarıstan hakimiyyəti Tryavna yaxınlığındakı “EMCO” hərbi zavodunda baş verən partlayışın mümkün səbəbi kimi təxribat amilini araşdırır.

BUTA.TV xəbər verir ki, bunu Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev deyib.

"Biz kənar müdaxiləni istisna etmirik", - o qeyd edib.

O deyib ki, hakimiyyət orqanları mümkün əlaqəni müəyyən etmək üçün “EMCO”da, eləcə də digər şirkətlərdə baş verən əvvəlki partlayışları və yanğınları nəzərdən keçirir.

Qeyd edək ki, sentyabrın 12-də “EMCO” zavodunun anbarlarında bir neçə partlayış baş verib. Ardınca yanğın olub. Xəsarət alan olmayıb. Bu, son bir ayda “EMCO”da baş verən ikinci belə hadisədir. Əvvəlki hadisə avqustun 10-da Belitsa kəndindəki sursat anbarında baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol