"Süni intellekt yəqin ki, gələcəkdə bir çox tibbi ixtisasları əvəz edəcək. Ancaq ola bilər ki, bu proses uzansın. Çünki yeni tətbiq edilir. İnformasiya dolğun olmadığına görə süni intellektin verdiyi proqnozlar və s.-də səhv ola bilər”.
Bu sözləri "Yeni Sabah"a radioloq Aydın Əliyev deyib. Onun sözlərinə görə, süni intellekt praktikada, yəni tibdə yeni-yeni tətbiq edilir:
“Bu hələ başlanğıcdır. Ancaq zamanla yəqin ki, süni intellekt təkmilləşəcək və bir çox tibbi ixtisasları da əvəz edəcək. Vizual müayinələr və digərləri süni intellekdə daxil ediləcək. Hələ ki ondan yenicə istifadə edilməyə başlanıb, ona gırə də səhvlər də olacaq. Ancaq təkmilləşdikcə bu səhvlər azalacaq.
Belə deyək, 2 uşaq orta məktəbi bitirib. Onların biri tibb sahəsində təhsil alır, digəri mühəndislik. Mühəndis olana həkimliklə bağlı sual versən, o bilməyəcək. Yaxud bu uşaqların hər ikisinə ali məktəbə daxil olmazdan öncə tiblə bağlı sual versən, bilməyəcəklər. Yəni biliklər anadangəlmə deyil, təhsillə əldə edilir. Süni intellekdə də bu informasiyaları versən olacaq həmin şey. Böyük ehtimalla tibb sahəsində insan faktoru azalacaq”.
Qeyd edək ki, “Microsoft”un təqdim etdiyi yeni süni intellekt sistemi xəstəliklərin diaqnozunu həkimlərdən 4 dəfə daha dəqiq qoymağı bacarıb. Şirkətin açıqlamasına görə, bu sistem pasiyentlərin məlumatlarını analiz edərək, doğru diaqnozu müəyyənləşdirir və ənənəvi həkim diaqnozları ilə müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirir.
Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellekt həkimləri tam əvəz edə bilməz və yalnız insan nəzarəti ilə birlikdə istifadə olunmalıdır.
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı
- Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı