Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanla Əliyev arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı bəyanat yayıb.
BUTA.TV sözügedən bəyanatı təqdim edir:
“2025-ci il iyulun 10-da Ermənistan Baş naziri və Azərbaycan Prezidenti Əbu-Dabidə görüşüb və İrəvan-Bakı arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektlərini müzakirə edib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli formatı təmsil etdiyi təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb. Sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər. Ermənistan Baş naziri və Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə minnətdarlıqlarını bildirib”.
- Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...