Azərbaycanda bəzi iri ticarət şəbəkələrində məhsulun vitrin qiyməti ilə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluq halları aşkarlanıb. İqtisadiyyat Nazirliyi bu cür hallarla bağlı araşdırmalar aparıb, nəticədə inzibati tədbirlər görülüb və cərimələr tətbiq edilib. Mütəxəssislər bildirirlər ki, bu məsələ yalnız texniki nasazlıqla əlaqələndirilməməli, həm də istehlakçının hüquqları prizmasından qiymətləndirilməlidir.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BUTA.TV-a açıqlamasında diqqətçəkən məqamlara toxunub.
Onun sözlərinə görə, artıq 5 ildən çoxdur istehlakçılar qiymət manipulyasiyalarına məruz qalır: “Ən müasir supermarketlərdə qiymətlərin həftəlik olaraq dəyişməsi, bəzən isə kassada daha yüksək göstərilməsi halları geniş yayılıb. Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün vətəndaşlardan şikayətlər daxil olur. Böyük istehlakçı aldadılması baş verir. Hələ çəki ilə bağlı aldatmaları demirəm – bazarlarda, kiçik marketlərdə bu hallara tez-tez rast gəlinir. Lakin müasir avadanlıqlarla təchiz edilmiş böyük supermarketlərdə də aldadılma hallarının artması ciddi narahatlıq doğurur”.
Eyyub Hüseynov bildirib ki, vətəndaşların çoxu kassada qiymət fərqini görsə də, məsələni qabartmadan mağazanı tərk edir.
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
“Müştəri məhsulun altındakı qiymətlə kassadakı qiymət fərqini görür, amma çox hallarda susaraq çıxıb gedir. Bu, doğru yanaşma deyil. Əgər kartla ödəniş edilibsə, istehlakçı mütləq şəkildə kassa çekini diqqətlə yoxlamalı, fərq gördükdə isə onun şəklini çəkərək mağazaya qayıtmalı və məhsulun altındakı qiyməti də çəkib rəhbərliyə təqdim etməlidir. Adətən ‘qiymətin dəyişdirilməsi unudulub’ cavabını verirlər, amma hər bir istehlakçının aradakı fərqi tələb etmək hüququ var”, – deyə sədr qeyd edib.
Ekspert əlavə edib ki, məsələ yalnız fərdi şəkildə deyil, rəsmi şəkildə də ictimailəşdirilməlidir:
“Əgər vətəndaş bu halların qarşısının alınmasını istəyirsə, ikinci bir kassa çekini də götürərək Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə müraciət etsin”.
- Səfərdə bir kitabla başlayan gözəl anlar
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var