Bu köhnə imperiyanın çürük yaddaşından başqa bir şey deyil.
BUTA.TV xəbər verir ki, bunu ictimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun gələcəkdə universitetin Azİİ adı ilə tanınmasını planlaşdırdıqları haqda açıqlamasına münasibət bildirərkən deyib.
“Əgər universitetin vaxtilə rusca adı ilə tanındığını iddia edir və o adı bərpa etmək istəyirlərsə, bunu qəbuledilməz hesab edirəm. Abreviaturanın açıqlaması olmaldır. Azİİ-nin açıqlaması nə cür olacaq? “İndustrial” sözü dilimizdə yoxdur. Həmçinin Azİİ adı da eybəcər səslənir. Rus dilinin ənənəsini yenidən qaytara bilməzlər. Heç universitetin tələbələri də bunu qəbul etməz”, - Sabir Rüstəmxanlı bildirib.
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı
- Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq
- 3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı