Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
BUTA.TV xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Azərtac-a açıqlamasında binanın ön və arxa tərəfdən şüşələrinin qırıldığını, jalüz və mebellərin zədələndiyini, xəsarət alanın isə olmadığını bildirib.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.
- Polis Salyanda bu toyun qarşısını aldı
- Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
- Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
- Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
- Qaradağda yük maşını aşdı
- Generallar Abbasəli Novruzovun dəfn mərasimində - Foto
- Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
- Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video