Bugün Türkiyənin Fələstin məsələsinə sarsılmaz dəstəyini şübhə altına almağa çalışanlar, vaxtilə Azərbaycana böhtan atanlardır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Gənclər Fondunun İstanbulda keçirilən tədbirində çıxış edərkən səsləndirib.
"Bəziləri bizim Fələstin məsələsinə sarsılmaz dəstəyimizi şübhə altına almağa çalışır. Dünən öz torpağını müdafiə edən Qəzza camaatını terrorçu adlandıran siz deyildinizmi? 14 il Suriyada harada idiniz? Bir milyon insan qətlə yetirilərkən, suriyalı bacı-qardaşlarımıza zülm və işgəncə verilərkən siz harada idiniz? Qarabağ ölkəmizin dəstəyi ilə azad olmaq üçün mübarizə apararkən işğalçıların arqumentləri ilə Azərbaycana böhtan atanlar siz deyildinizmi? İnciməyin, amma heç kimi aldada bilməzsiniz", - deyə R.T.Ərdoğan bəyan edib.
- Polis Salyanda bu toyun qarşısını aldı
- Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
- Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
- Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
- Qaradağda yük maşını aşdı
- Generallar Abbasəli Novruzovun dəfn mərasimində - Foto
- Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
- Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video