Keçmiş Sovet İttifaqı ölkələrində əhalinin tarixi şüurunun qəsdən yenidən formatlaşdırılması aparılır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri məşhur rusiyalı kinorejissor və aktyor Nikita Mixalkov iştirak etdiyi verilişdə deyib.
Mixalkov xüsusilə qeyd edib ki, bunu respublikaların təhsil müəssisələrindəki müasir tarix dərslikləri də sübut edir:
"Məsələn, özbək dərsliklərində sovet dövrünün mənfi cəhətlərinə diqqət yetirilir. Kitabların müəllifləri iddia edirlər ki, sovet dövründə Özbəkistan iqtisadiyyatı guya tamamilə mərkəzin maraqlarına tabe edilib, respublikadan isə yalnız xammal əlavəsi kimi istifadə olunub".
Mixalkovun sözlərinə görə, Kərim Şükürov və Yaqub Mahmudovun Azərbaycana aid tarix dərsliklərində "rusofob" emosional qiymətləndirmələr var. Guya bunlar “Bakı əhalisinin qəsdən məhv edilməsi” və “Böyük Vətən müharibəsi” əvəzinə “İkinci Dünya müharibəsi” ifadəsinin işlədilməsidir.
Mixalkovun sözlərinə görə, Rusiya çoxdan buna göz yumub, ölkələr arasında dostluq münasibətlərinin öz-özünə davam etdiriləcəyinə inanıb: "Lakin beynəlxalq vəziyyət bunun əksini göstərir".
Mixalkov həm də Azərbaycan Prezidenti İlham Əliyevlə şam yeməyindən danışıb.
- Polis Salyanda bu toyun qarşısını aldı
- Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
- Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
- Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
- Qaradağda yük maşını aşdı
- Generallar Abbasəli Novruzovun dəfn mərasimində - Foto
- Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
- Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video