Ermənistan KİV və institutları Qarabağdan sonra indi də Azərbaycanın digər bölgələrini hədəf almağa başlayıblar. Ötən gün “Monument Armenia” Mingəçevir şəhəri ilə bağlı absurd məqalə yayımlayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, nəşr şəhərin yeni qurulmasına baxmayaraq, burada min illər əvvəl də yaşayış olduğunu yazıb.
Məqalədə qeyd olunur ki, Mingəçevir ərazisi antik dövrdə mövcud olmuş guya erməni Utik krallığının və Qafqaz Albaniyasının tərkibində olub.
Qafqaza son əsrlərdə gələn ermənilərin özlərinin Mingəçevirin ilk sakinləri olduğunu iddia etməsi növbəti avantüra hesab edilə bilər.
İddialardan biri də 1988-ci ildə Mingəçevirdə guya 10 mindən çox erməninin olmasıdır. Halbuki statistikada həmin tarixə qədər ermənilərin şəhərin əhalisinin cəmi 7-8 faizini təşkil etdiyi, saylarının isə 5 min civarında olduğu yazılır.
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı