Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı Güney Azərbaycan və İranda yaşayan türklərin sosial media kanallarında geniş yayılıb.
BUTA.TV xəbər verir ki, çıxış azərbaycanlılarla yanaşı, qaşqayların da rəğbətini qazanıb.
Qaşqay türklərinə məxsus media orqanlarında, xüsusən “Baydaq” kanalında İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışı təqdim edilib, bunun ardınca çıxışın həmin hissəsi onlarla sosial media kanalında yayılıb.
Qeyd edək ki, Prezident Əliyev əsasən bu sözləri daha çox yayılıb:
“Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava
- Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı