Dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var.
BUTA.TV xəbər verir ki, bunu maliyyə maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O xatırladıb ki, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq:
"Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55%-ə qədər idi, indi isə 37%-dir. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manata qədər 7%, 8 min manata qədər 10%, 8 min manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir".
Nazir qeyd edib ki, bunun özü də çox böyük bir güzəşdir:
"Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investasiya yatırımları, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır".
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama
- Ən çox bu məhsullar saxtalaşdırılır - Siyahı
- 63 yaşlı ananın dərdi alıb canımızı...
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Tarixlərində ilk dəfə 1/8-ə çıxdılar - Video-Yenilənib
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir