Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir.
BUTA.TV xəbər verir ki, bunu Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda deyib.
“Bölgədəki nəqliyyat əlaqələri açılarsa, ilk olaraq avtomobil marşrutları fəaliyyətə başlayacaq. Dəmir yolu əlaqəsinin işə salınması isə təxminən beş-altı il çəkəcək, çünki Ermənistan hissəsi hələ də qeyri-müəyyən vəziyyətdədir. Region ölkələri bu vaxtdan logistika marşrutlarını təhlil etmək və yenidən qurmaq üçün istifadə edir. Ermənistan və Azərbaycan arasında yeni marşrutlar qaçılmaz olaraq Gürcüstandan keçən yük axınını azaldacaq - itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20%-nə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir”, - o bildirib.
- Ayfon-18-in bu xüsusiyyəti məyusluq yaradacaq
- Toğanalı–Kəlbəcər–İstisu yolunda son vəziyyət açıqlandı
- Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
- Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
- Fayton gələr, toz eylər... - Fotolar
- Güclü külək əsəcək – Xəbərdarlıq