Qarşılıqlı fayda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin uzunmüddətli icrasını təmin etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, müqavilələrin yerinə yetirilməsi ən vacib məsələlərdən biridir:
“Aydın zəmanət var və bu, üçüncü ölkənin iştirakı və ya üçüncü ölkələrin imzaları, sülhməramlılar və missiyalar deyil – zəmanət ondan ibarətdir ki, artıq razılaşdırılan və razılaşdırılacaq amillər həm Ermənistan, həm Azərbaycan, həm də regionun digər ölkələri üçün faydalıdır. Qarşılıqlı fayda imzalanmış sülh müqaviləsinin və sərhəd sazişinin uzunmüddətli icrasını təmin etməlidir. Ermənistan təxribatda maraqlı deyil, Azərbaycan da maraqlı olmamalıdır, Türkiyə də maraqlı olmamalıdır. Sülh həm Ermənistanın, həm də Azərbaycanın suverenliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək və üçüncü ölkələrin münaqişədən təsir vasitəsi kimi istifadə etməsinin qarşısını alacaq”.
- Şoyqu Cənubi Qafqazdan danışdı
- Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...
- “Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan
- Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...
- Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı
- Beynəlxalq tədbir: Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə...
- Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq
- Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov