Sosial şəbəkələrdə “söyüş blogeri” kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda, onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib.
Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da vurğulanıb.
Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyaları ilə seçiliblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakıların növbəti oyunu sayıb, bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünü “yoxa çıxartdığı”, daha doğrusu, gizləndiyini bildirib.
Daha bir maraqlı məqam isə Ramiz Mehdiyevə qarşı ittihamlar irəli sürülməsindən sonra baş verənlərdir. Bəzi iddialara görə, xaricdəki “söyüş blogerləri”nin maliyyəsi Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənov tərəfindən təmin edilirmiş. Hazırda bu sistemin ifşası ilə “söyüşçülər” də “qeybə çəkilməyə” başlayıblar.
- Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov
- Moskva “Tramp yolu”ndan narahatdır
- Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov
- Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video
- TŞ iclasına qatılmadı – Putin Lavrovu niyə “silir”?
- İrəvan və Bakı arasında tarixi sülh sazişi... -Tramp
- Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan