Fransa ilə ikitərəfli gündəlikdə yeni dövrə start verilib.
BUTA.TV xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən Fransa ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın qurulmasında maraqlı olub.
XİN rəsmisi xatırladıb ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Prezidenti kimi xaricə ilk rəsmi səfərini Fransaya edib:
"Eyni zamanda, 2003-cü ildə dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyev də xaricə ilk rəsmi səfərini Fransaya edib. Uzun illər mütəmadi əsasda saxlanılan siyasi dialoq, habelə iki ölkə arasında iqtisadi, humanitar sahələrdə geniş əməkdaşlığın da inkişafına töhfə verib. Lakin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Fransa tərəfindən atılmış addımlar ikitərəfli əlaqələrimizə ciddi zərbə vurub. Azərbaycan əleyhinə verilən çoxsaylı bəyanatlar, həm Senat, həm də Milli Assambleya tərəfindən ölkəmizə qarşı qəbul edilmiş qərəzli və həqiqətdən uzaq olan qətnamələr münasibətlərin getdikcə daha da pisləşməsinə səbəb olub. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı təsisatlarında və Avropa Şurasında, eləcə də ölkəmizin üzv olmadığı Frankofoniya təşkilatında irəli sürdüyü təşəbbüslər münasibətlərə mənfi təsir edib".
A.Hacızadə əlavə edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, rəsmi Bakının atdığı addımlar və rəsmi bəyanatlar yalnız bu destruktiv fəaliyyətlərə cavab xarakterli olub:
"Dialoq kanalları isə həmişə bizim tərəfimizdən açıq saxlanılıb. Oktyabr ayında Avropa Siyasi Birliyinin Kopenhagen toplantısı çərçivəsində Azərbaycan və Fransa prezidentləri arasında görüş münasibətlərdə anlaşılmazlığa səbəb olan məsələlərin müzakirəsi baxımından faydalı oldu. Bu görüşdən və davam edən siyasi təmaslar nəticəsində ikitərəfli gündəlikdə yeni dövrə start verilib".
- İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi
- Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?
- Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
- Sadır Japarov İlham Əliyevə məktub ünvanladı
- İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi
- Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?
- Hikmət Cavad Ukrayna ordusunun xüsusi mükafatı ilə təltif edildi
- Ramil Usubov Sergey Şoyqu ilə görüşdü