“Çox cücərmiş kartoflar risk daşıyır və belə kartofların alınması ümumiyyətlə tövsiyə olunmur”.
Bu sözləri açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. Onun sözlərinə görə, bu əlamətlər yalnız texniki kartof olmasını deyil, həm də məhsulun düzgün olmayan proseslərlə yetişdirildiyini və zədələnmiş olduğunu göstərir:
“Əgər belə kartof qəbul edildikdən sonra ürəkbulanma, başgicəllənmə, ağızda acı dad və ya digər xoşagəlməz hallar yaranarsa və bu simptomlar 24 saatdan artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır”.
Ekspert bildirib ki, ümumiyyətlə, kartofu yerli və mövsümündə olan məhsullardan seçmək tövsiyə olunur:
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
“Həddindən artıq iri ölçülü deyil, orta ölçülü, səliqəli görünüşə malik, rəngi bərabər və yaşıllaşmamış kartoflar seçilməlidir. Cücərmiş və rəngi pozulmuş kartoflardan uzaq durmaq lazımdır”.
Mütəxəssisin fikrincə, kartofun saxlanmasına da diqqət yetirilməlidir.
“Ev şəraitində kartof günəş şüaları düşməyən, sərin və qaranlıq məkanda saxlanmalıdır. Digər qida məhsulları, xüsusilə meyvə və tərəvəzlərlə birlikdə saxlanması məsləhət görülmür. Çünki bəzi məhsulların tərkibində olan maddələr bir-birinin daha tez yetişməsinə və xarab olmasına səbəb ola bilər. Bu baxımdan kartofun ayrıca saxlanılması tövsiyə olunur”, deyə M.Hüseynova qeyd edib.
- Əhdi həmin videosuna görə saxlanıldı
- Hakan Fidan Suriyaya getdi
- İran və Ermənmistan “yaşıl” dəhliz yaradır
- “Allah sizi görür...” - Video
- Dünyann 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
- Szinpin Qlobal Cənuba çağırış etdi: Beynəlxalq hüquq...
- Putinin istirahət günü yoxdur - Peskov
- İfrat sağçıların reytinqi artdı - Merzin blokunu 9% üstələyir