Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

01:08 - 20 Yanvar 2026 - GÜNDƏM

 Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

BUTA.TV xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

“Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol