Ermənistan hakimiyyəti sonda o yolun adının “Tramp Marşrutu” yox, Zəngəzur dəhlizi olduğunu qəbul edəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.
“Hazırda ABŞ marşruta nəzarət paketini öz üzərinə götürüb. Dəfələrlə söyləmişəm ki, burada məsələ yolla bağlı deyil, mübarizə həmişə ora nəzarət uğrunda olub. Onsuz da, həmin yolun açılması ilə bağlı beynəlxalq konsensus var. Rusiya, İran, Türkiyə, Avropa, ABŞ - hər kəs nəzarəti öz üzərinə götürməyə çalışır. İndi Amerika rəqiblərindən bir qədər öndədir. Türkiyə və Azərbaycan da bəyan edir ki, “bu, bizim üçün o qədər də böyük məsələ deyil, bu sənədlərdə məzmun baxımından nəyin ifadə edildiyi vacibdir”, - ekspert qeyd edib.
Poqosyanın fikrincə, müvafiq sənədlərin imzalanmasına baxmayaraq, Zəngəzur dəhlizinə nəzarət ideyası ilə bağlı konkretlik yoxdur:
Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
“Amma Amerika artıq öz pəncəsini qoyub, böyük payı öz tərəfinə çəkib, Ermənistanın qabağına isə cəmi 26 faiz itələyir, sabah bu, 20 də ola bilər”.
Politoloqa görə, Ermənistan üçün naməlum duruma baxmayaraq, Azərbaycan və Türkiyə öz hədəfinə çatıb:
“Ermənistan hakimiyyəti üçün yolun “dəhliz” adlandırılmaması vacib idi. Amma artıq bu ifadəni dillərinə gətirməyə başlayıblar. “Orta Dəhliz”dən danışırlar. Hər halda, dəhliz sözü mövcuddur. “Zəngəzur dəhlizi” ifadəsindən yayınmağa çalışırlar, amma sonda bu sözü də təkrarlayacaqlar”.
- Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto
- Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir
- Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev
- Kamaləddin Qafarov: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi
- Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan
- Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi
- Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan
- Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı