Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən kənarlaşdırılıb.
Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) postuna təyinat alıb.
Elxan Murtuzov isə Sektor müdiri - baş mühasib vəzifəsindən azad olunub, o, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edilib.
Sektor müdiri - baş mühasib vəzifəsi isə vakansiyaya çıxarılıb.
Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da bu vəzifəsindən uzaqlaşdırılaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edilib.
Sektor müdiri vəzifəsi vakansiyaya çıxarılıb.
Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edilib. Yeni yaradılan Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsi vakant elan olunub.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edilib. Həmin şöbə sektora çevrilib, hazırda sektor müdiri vəzifəsi vakantdır.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi də sektora çevrilib.
Sektorun müdiri vəzifəsi vakansiyaya çıxarılıb. Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən kənarlaşdırılıb.
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı
- Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan
- İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?