ABŞ-ın Azərbaycandakı səfirliyi UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunda “Ayntraxt” üzərində qazanılan qələbə münasibətilə “Qarabağ” Futbol Klubunu təbrik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi sosial media hesablarında paylaşım edilib.
"ABŞ-ın Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir. Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi. Birləşmiş Ştatlar bu il FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir", - paylaşımda qeyd olunub.
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü