Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən hüquq parlament komissiyalarının İllik Üçüncü İclasında iştirak etmək böyük şərəfdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov bildirib.
“Bu il keçirilən iclasın mövzusu “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi”dir.
Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniyadan parlament nümayəndə heyətləri, həmçinin Rumıniyada akkreditə olunmuş Azərbaycan, Qazaxıstan və Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri xüsusi qonaq qismində iştirak edirlər.
İclasda çıxışım zamanı qeyd etdim ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüququn aliliyi dövlətçiliyimizin və suverenliyimizin əsasını təşkil edir, eyni zamanda sülhün möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, - səfir qeyd edib.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...