Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri və Xalqın Gücü Partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı məsələləri şərh edərkən deyib.
"Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və böyük hadisədir. Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir", - vitse-spiker vurğulayıb.
Zəngəzur dəhlizindən danışan danışan Sozar Subari vurğulayıb ki, marşrutun başlıca məqsədi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır.
Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.
Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Bu cür layihələr Gürcüstanın tranzit rolunu gücləndirir, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.
- Bakının bunu etməsi böyük hadisədir - Subari
- Qarabağı Azərbaycan adlandıran nazirə hücum
- Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir
- Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...
- Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər
- Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...
- REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto
- Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib