Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BUTA.TV-a Konfederasiyadan məlumat verilib.
Sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayıblar.
Bu sənədlə iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Xatırladaq ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
- Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu
- Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi
- Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü
- Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi
- Azərbaycanla İsrail memorandum imzaladı
- Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
- Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir
- İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?