Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, Moldovanın yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verdiyi, 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Firuz Farxodoviç Rustamov və Çinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək barəsində beynəlxalq axtarış elan edilmiş, 1974-cü il təvəllüdlü ölkə vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkədə müəyyənləşib, onların haqqında həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq Moldova və Çinin həmin şəxslərin verilməsinə dair vəsatətlərinə baxılması üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Onların barəsində müvafiq qərarlar qəbul edilib, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinə təhvil veriliblər.
- Bakıda əməliyyat: saxlanılan var - Video
- “Neft sata bilmirik, fabriklərimiz dağılıb”
- Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu