Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

20:26 - 26 Yanvar 2026 - GÜNDƏM

 Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Nazir qeyd edib ki, Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir:

"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol