Son hadisələr İrana hücumun artıq qaçılmaz olduğunu təsdiqləyir. Çünki bu qədər böyük hərbi güc toplanırsa, İranın ətrafında mütləq bundan istifadə olunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Pressklub TV-nin efirində deyib.
Buna baxmayaraq, millət vəkili müharibədən qaçmaq üçün şansların bitmədiyini vurğulayıb:
“Əgər İranın dini lideri Əli Xamenei ictimaiyyətin önünə çıxıb, ölkədə islahatlara başlayacağını və nüvə enerjisindən imtina edildiyini desə, həmçinin Rza Pəhləvinin təklif elədiyi konstitusiyalı monarxiyanı qəbul etsə (Xamenei dini lider kimi qalır, hakimiyyəti də oğluna ötürür, ancaq dövlətin idarə olunmasına qarışmır), Çin və Rusiya vasitəçiliyi öz üzərinə götürüb, zəmanət versə, müharibədən qaçmaq olar. Amma müharibədən qaçmaq üçün zaman çox daralıb - bəlkə də günlərlə, hətta saatlarla ölçülür”.
O vurğulayıb ki, qeyri-bərabər döyüşə girmək qəhrəmanlıq sayıla bilməz:
“İranın ətrafına o qədər böyük güc cəmləşir ki, burdan qalib çıxması mümkünsüzdür”.
Millət vəkili xatırladıb ki, İranın güvəndiyi Çin və Rusiya bu savaşa açıq şəkildə qatılmayacaq və Tehran tək qalacaq.
- AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb
- İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı
- İran federallaşmalıdır, yoxsa parçalanmalı?
- Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...
- İrana hücum mütləq olacaq - Millət vəkili
- Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm
- Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan
- İrana gedən azərbaycanlıların sayında artım - Müəmma