İrana həm də türk ölkəsi kimi baxmalıyıq, çünki ölkə əhalisinin az qala yarısı Azərbaycan türkləridir. Azərbaycan türkləri İranda azsaylı xalq deyil, farslarla birgə dövlətin qurucularıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Pressklub TV-yə müsahibəsində deyib.
“Bu baxımdan İranda yaşayan digər xalqların taleyinə görə Azərbaycan türkləri məsuliyyət daşıyırlar. Azərbaycan türkləri İran dövlətinə buna görə daha çox inteqrasiya olunub”, - o bildirib.
Millət vəkili etiraf edib ki, İranda fars millətçiliyi mövcuddur və bu, ciddi problem yaradır:
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
“İranı min il Azərbaycan türkləri idarə etsə də, bu gün soydaşlarımız öz dillərində təhsil ala, öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər.
Hesab edirəm ki, indki mərhələdə İran üçün ən doğru yol ölkənin federallaşması ola bilər”.
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü