Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.
“BUTA TV” xəbər verir ki, Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb. AMEA-dan İsa Həbibbəylinin işinin başında olduğu bildirilib.
“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib.
Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib.
- Maşın su kanalına düşdü: ölənlər var
- Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar
- Pul üçün yaşlı kişilərlə evlənir, sonra bir-bir öldürürmüş...
- İnfantinonu tənqid edən yüksəkvəzifəli şəxs işdən çıxarıldı
- Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!
- Kamilə Babayevaya ağır itki
- DİM sədri ixtisas seçimindən yazdı: Özünüzə bu 5 sualı verin
- 6 nəfərin öldüyü hadisə yerindən - Görüntülər