Fövqəladə Hallar Nazirliyi Tovuzda iki nəfərin ölümü ilə nəticələnə yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Səid Sakit oğlu Həziyevin meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Arzu Şahmar oğlu Musayevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
- Xilas olmaq üçün özünü suya atdı, öldü
- Moskvaya rekord sayda dronla hücum - Video
- Tanınmış jurnalist vəfat etdi
- Su arxından kişi meyiti tapıldı
- Bu rayonlardan Bakıya gələnlərə pis xəbər: Qadağa...
- Maşın su kanalına düşdü: ölənlər var
- Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar
- Pul üçün yaşlı kişilərlə evlənir, sonra bir-bir öldürürmüş...