Xilas olmaq üçün özünü suya atdı, öldü

10:03 - 18 Avqust 2026 - GÜNDƏM

 Xilas olmaq üçün özünü suya atdı, öldü

Kanalda batan balıqçı Ağdaşda tapılıb.

BUTA.TV xəbər verir ki, Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Qaçay oğlu Süleymanov balıq tutmaq məqsədilə "Yuxarı Şirvan" kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

Nəticədə balıqçı ölüb, meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol