Bu günlərdə “Kontakt” mağazalar şəbəkəsinin Beyləqanda ilk mağazasının açılışı münasibətilə elan etdiyi kampaniya müzakirələrə səbəb olub.
Yeni fəaliyyətə başlayan ikimərtəbəli yeni “Kontakt” mağazasında ən son model smartfonlar, notbuklar kimi rəqəmsal avadanlıqlardan tutmuş, böyük və kiçik məişət texnikasına, mebel dəstlərinə, qab-qacaq və ev tekstilinə qədər məhsullara 60%-dək endirim reklam edilib.
Nağd alışda 60%-dək endirimlər və endirimli qiyməti elə yerindəcə 24 ayadək hissələrə bölmə imkanı adlı elan mağazaya axınına səbəb olub. Ekstra endirimli qiymətlərin yanvarın 25-dək qüvvədə olacağı bildirilib.
Bu isə sosial şəbəklərdə müzakirələrə səbəb olub, ‘Kontakt’ 60% endirim edə bilirsə, deməli, adi günlərdə malların üstünə ən azı 60% qoymaqla satır” tipli fikirlər səsləndirilib.
Dünyada peşəkar mağaza şəbəkələri adətən 10 və ya maksimum 20% gəlirə işlədiyi halda ‘Kontakt’ın adi gündəlik satışlarda malın maya dəyərinə 60%-dək məbləğ əlavə etməsi ehtimalı tənqid edilib.
Qeyd edək ki, ‘Kontakt’ ölkənin ən qalmaqallı satış şəbəkələrindən biridir və adı tez-tez istehlakçılarla bağlı müxtəlif qalmaqallarda hallanır.
- Maşın su kanalına düşdü: ölənlər var
- Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar
- Pul üçün yaşlı kişilərlə evlənir, sonra bir-bir öldürürmüş...
- İnfantinonu tənqid edən yüksəkvəzifəli şəxs işdən çıxarıldı
- Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!
- Kamilə Babayevaya ağır itki
- DİM sədri ixtisas seçimindən yazdı: Özünüzə bu 5 sualı verin
- 6 nəfərin öldüyü hadisə yerindən - Görüntülər