Tramp İranla bağlı vəziyyətin dəyişdiyini, Tehranın “razılaşma axtardığını” deyib. İran ətrafında yerləşdirilən hərbi qüvvənin Venesuela yaxınlığındakı qüvvələrdən daha çox olduğunu vurğulayan Tramp bildirib ki, diplomatiya yolu açıqdır, onlar (İran) razılığa gəlmək istəyirlər, dəfələrlə zəng ediblər.
“USS Abraam Linkoln” təyyarədaşıyan gəmisinin İran zonasına çatdığı vaxt Trampın verdiyi bu açıqlama Vaşinqtonun iki mərhələli planının olduğu fikrini önə çıxarır.
İlkin mərhələdə hədəf danışıqlar masasında rejimin təslim edilməsidir.
- İran nüvə proqramından, eləcə də proksi qüvvələri dəstəkləməkdən imtina edir;
İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir - Təyinat gözlənilir
- Ölkədə idarəçilik müəyyən qədər olsa da, dünyəvi sistemə keçir, mövcud rejim vitrindən çəkilir;
Tehranın qarşısına qoyulan tələbləri bu kontekstdə qiymətləndirmək olar. İran ətrafına qüvvələrin toplanmasının ilkin hədəfi də rejimi masada təslim olmağa məcbur etməkdir. Rəsmi Tehran hərbi müdaxilənin qarşısını almaq, İranın bütövlüyünü saxlamaq və rejimin imicini xilas etmək məqsədilə masaya əyləşə bilər. Hərçənd, İran rejiminin xarakteri ABŞ-ın radikal tələblərini qəbul edəcəkləri ehtimalını azaldır, bu baxımdan, “dialoq istəkləri” daha çox zaman qazanmaq məqsədi kimi görünür. Bunu anlayan Vaşinqtonun “dialoq və hücum” taktikasını tətbiq etməsi mümkündür:
a) Müzakirələr başlaya, İran tələblər qarşısında tərəddüd edəcəyi təqdirdə, zərbələr endirilə bilər;
b) Masada tərəddüd edən İranın təslim olması üçün ilk hücum kiçikmiqyaslı ola və konkret hədəflərə – hərbi-siyasi rəhbərlik, eləcə də hərbi strukturlar, yönələ bilər;
c) İrana hərbi müdaxilənin miqyasının rejimin seçimindən – təslim olması, yaxud müqavimət göstərməsindən asılı olacağı görünür: rejimin dirənməsi genişmiqyaslı hücumu şərtləndirəcək.
İrana genişmiqyaslı müdaxilə ssenarisində proksi qüvvələrə qarşı paralel əməliyyatın keçiriləcəyi də gözləniləndir.
- Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...
- Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq
- İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir - Təyinat gözlənilir
- Azərbaycanın qeyri neft-qaz ixracı bu qədər artıb
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...