Ötən il xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş Kollegiya iclasında qeyd edilib.
Məlumata görə, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü
- İmişlidə ağır qəza: ölən var
- Onlar üçün gün aydın olmadı... - Fotolar
- Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
- “28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - Video
- Bakının əsas küçə və prospektləri yuyuldu - Foto